Kanadada təyyarə gölə düşüb, itkin düşənlər var

Kanadada təyyarə gölə düşüb, itkin düşənlər var Kanadada yüngül mühərrikli təyyarə gölə düşüb.
Digər ölkələr
28 Oktyabr , 2019 02:11
Kanadada təyyarə gölə düşüb, itkin düşənlər var

Kanadada yüngül mühərrikli təyyarə gölə düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Manitoba vilayətində qeydə alınıb.

Regionun paytaxtı Vinnipeqdən 280 kilometr şimal-şərqdə təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər itkin düşüb.

Xilasedicilər təyyarənin qalıqlarını aşkarlayıblar. Hazırda itkin düşənlərin axtarışları aparılır. Axtarışlara dalğıclar da cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi