Kanada sakini qəsdən avtomobillə müsəlmanları vuraraq öldürüb

Kanada sakini qəsdən avtomobillə müsəlmanları vuraraq öldürüb Kanadanın Ontario əyalətinin London şəhərində sürücü avtomobillə müsəlman ailəsini vurub.
Digər ölkələr
8 İyun , 2021 01:55
Kanada sakini qəsdən avtomobillə müsəlmanları vuraraq öldürüb

Kanadanın Ontario əyalətinin London şəhərində sürücü avtomobillə müsəlman ailəsini vurub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində ailənin dörd üzvü həlak olub.

Yerli polisin məlumatına görə, bir nəfər hadisə yerində həlak olub, daha üç nəfər xəstəxanada ölüb. Qəza zamanı yalnız doqquz yaşlı uşaq sağ qalıb. Qeyd edilir ki, o, ağır xəsarətlər alıb, ancaq yaralının həyatı üçün hər hansı təhlükə yoxdur.

"Hesab edirik ki, bu qəsdən edilən hərəkət idi, hücum ona görə oldu ki, onlar müsəlmandır”, - şəhərin polisinin rəhbəri deyib.

London merinin tvitterdə yayılan bəyanatında isə bildirilir ki, şəhərdə "müsəlmanlara, London sakinlərinə qarşı yönəldilmiş və müqayisəolunmaz nifrətə səbəb olan kütləvi qətl" baş verib.

Şəhər rəhbəri deyib ki, müsəlman icmasının nümayəndələri ilə görüşüb və onlara başsağlığı verib. O, həmçinin müsəlmanları əmin edib ki, onlar özlərini şəhərdə təhlükəsiz şəraitdə hiss edə bilərlər.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs az sonra hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayəti törədən 20 yaşlı kişidir, o hazırda həbsdədir.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi