Kanadada silahlı hücum olub, ölənlər və yaralananlar var

Kanadada silahlı hücum olub, ölənlər və yaralananlar var Kanadanın Kvebek şəhərində soyuq silahla silahlanmış şəxs insanlara hücum edib.
Digər ölkələr
1 Noyabr , 2020 13:18
Kanadada silahlı hücum olub, ölənlər və yaralananlar var

Kanadanın Kvebek şəhərində soyuq silahla silahlanmış şəxs insanlara hücum edib.

“Report” xəbər verir ki, bu barədə “Radio Canada” radiostansiyası məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində azı 2 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Kvebek polisi özünün “Twitter”dəki səhifəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.

Son xəbərlər

Orphus sistemi