Kanadada sərnişin təyyarəsi təcili eniş edib

Kanadada sərnişin təyyarəsi təcili eniş edib Zərərçəkənlərin olub-olmadığı ilə bağlı məlumat verilmir
Digər ölkələr
9 Yanvar , 2016 07:36
Kanadada sərnişin təyyarəsi təcili eniş edib

Bakı. 9 yanvar. REPORT.AZ/ “Canadian Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi tüstülənmə səbəbindən Qalifaks şəhərinin hava limanına qayıtmalı olub.

"Report"un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə əsasən, Toronto şəhərinə uçan “Embraer 190” tipli təyyarənin pilotlara aid hissəsində texniki nasazlıq baş verib. Bu səbəbdən pilotlar Qalifaks hava limanına təcili eniş ediblər.

Zərərçəkənlərin olub-olmadığı ilə bağlı məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi