Kanadada qız avtobusun sənişinlərinə hücum edib, xəsarət alanlar var

Kanadada qız avtobusun sənişinlərinə hücum edib, xəsarət alanlar var Bakı. 5 iyul. REPORT.AZ/ Kanadanın Brampton şəhərində qız bıçaqla avtobusun sərnişinlərinə hücum edib.
Digər ölkələr
5 İyul , 2018 08:04
Kanadada qız avtobusun sənişinlərinə hücum edib, xəsarət alanlar var

Bakı. 5 iyul. REPORT.AZ/ Kanadanın Brampton şəhərində qız bıçaqla avtobusun sərnişinlərinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "CTV News" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə zamanı 4 nəfər xəsarət alıb. Onlardan biri 49 yaşlı kişidir. Xəsarət alanlar arasında həmçinin 18, 19 və 28 yaşlı qadınlar da var.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Silahlı insidentin  səbəbi və başvermə şəraiti araşdırılır.

Son xəbərlər

Orphus sistemi