Kanadada qasırğa səbəbindən 60 min insan elektriksiz qalıb

Kanadada qasırğa səbəbindən 60 min insan elektriksiz qalıb Kanadanın Nyufaundlend adasının şərq sahillərində Larry qasırğası səbəbindən təxminən 60 min insan elektriksiz qalıb.
Digər ölkələr
11 Sentyabr , 2021 20:26
Kanadada qasırğa səbəbindən 60 min insan elektriksiz qalıb

Kanadanın Nyufaundlend adasının şərq sahillərində "Larry" qasırğası səbəbindən təxminən 60 min insan elektriksiz qalıb.

"Report" xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Kanada Milli Hava Bürosunun məlumatına görə, küləyin sürəti 50,5 m/s-ə çatır.

Külək yüzlərlə ağac, yol nişanı və reklam lövhələrini uçurub. Hazırda yolların bir hissəsi daşqın səbəbindən nəqliyyatın hərəkəti üçün bağlanıb.

İnsan tələfatı barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi