Kanadada onlarla insanın yoluxduğu naməlum xəstəlik aşkarlanıb

Kanadada onlarla insanın yoluxduğu naməlum xəstəlik aşkarlanıb Kanadada həkimlər beyinin yaddaşı itməsi, qaraabasma, əzələ atrofiyası ilə müşahidə olunan naməlum xəstəliyi araşdırırlar
Digər ölkələr
174
31 Mart , 2021 08:20
Kanadada onlarla insanın yoluxduğu naməlum xəstəlik aşkarlanıb

Kanadada həkimlər beyinin yaddaşı itməsi, qarabasma, əzələ atrofiyası ilə müşahidə olunan naməlum xəstəliyi araşdırırlar.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” nəşri bildirib.

Kanadada naməlum xəstəliyə 43 yoluxma halı qeydə alınıb. İlk əlaməti həkimlər hələ 2015-ci ildə qeydə alıblar, xəstəlik 2019-cu ildə 11 nəfərdə aşkarlanıb, 2020-ci ildə bu göstərici artaraq 24 olub. Bununla yanaşı, beş xəstə vəfat edib.

Xəstəliyin aşkarlandığı pasiyentlərdə ağrılar, spazmalar və davranış dəyişiklikləri hiss edilib, həmçinin həyəcan və ya depressiya müşahidə olunub.

Qeyd edilir ki, naməlum xəstəliyə yoluxma ilə bağlı halların əksəriyyəti Akadi yarımadasında və Nyu-Bransuik əyalətinin Monkton şəhərində qeydə alınıb.

Hazırda tədqiqatçılar qrupu yeni xəstəliklə ekoloji problemlər arasında əlaqənin mövcud olub-olmadığını araşdırırlar.

Son xəbərlər

Orphus sistemi