Kanadada neft daşıyan qatar relsdən çıxaraq aşıb

Kanadada neft daşıyan qatar relsdən çıxaraq aşıb Bakı. 17 fevral. REPORT.AZ/ Kanadanın Manitoba əyalətində xam neft daşıyan qatar relsdən çıxıb.
Digər ölkələr
17 Fevral , 2019 13:14
Kanadada neft daşıyan qatar relsdən çıxaraq aşıb

Bakı. 17 fevral. REPORT.AZ/ Kanadanın Manitoba əyalətində xam neft daşıyan qatar relsdən çıxıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, yük qatarının 37 sisterninin relsdən çıxaraq aşması nəticəsində xam neft qismən əraziyə dağılıb.

Hadisə Kanadanın ən yüklənən dəmir yol xətlərindən birində qeydə alınıb.

Zərər çəkənlər və ya yanğın barədə məlumat yoxdur. Kanada Dəmir Yolları İdarəsinin ekoloji bölməsi ərazini neftdən təmizləməyə başlayıb. Neftin nə qədər əraziyə yayıldığı açıqlanmır.

Son xəbərlər

Orphus sistemi