Kanadada naməlum şəxs avtomobillərə atəş açıb, üç nəfər yaralanıb

Kanadada naməlum şəxs avtomobillərə atəş açıb, üç nəfər yaralanıb Kanadanın Toronto şəhərindəki magistral yolda naməlum şəxs hərəkət edən avtomobillərə atəş açıb.
Digər ölkələr
21 Dekabr , 2019 04:15
Kanadada naməlum şəxs avtomobillərə atəş açıb, üç nəfər yaralanıb

Kanadanın Toronto şəhərindəki magistral yolda naməlum şəxs hərəkət edən avtomobillərə atəş açıb.

“Report” xəbər verir ki, bu barədə “Global News” kanalı məlumat yayıb.

Qeyd olunub ki, silahlı insident nəticəsində bir neçə nəfər xəsarət alıb. Belə ki, polis əməkdaşları magistral yolun kənarında dayanan avtomobildə güllə yarası alan üç nəfəri aşkar ediblər.

İkisi kişi və biri qadın olan yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Polis atəş açan silahlı şəxsi axtarır. Hadisə ilə əlaqədar magistral yol bir neçə saat nəqliyyatın hərəkəti üçün bağlanıb.

Son xəbərlər

Orphus sistemi