Nyufaundlend və Labrador ştatında kiçik mülki təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə yerli CBC telekanalı məlumat yayıb.
Bildirilib ki, insident dekabrın 14-də səhər Kanada Silahlı Qüvvələrinin hərbi bazasının yaxınlığında baş verib. Heppi-Velley-Qus-Bey hava limanından 5 km aralıda kiçik bir təyyarə meşə zolağına düşüb.
Məlumata görə, hərbçilər qəzaya uğrayan təyyarədən zərərçəkənlərə kömək ediblər. Pilot və sərnişin ağır yaralanaraq xəstəxanaya aparılıb.