Bakı. 11 iyul. REPORT.AZ/ Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində geniş meşə yanğınları səbəbindən 14 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Kanadanın CBC telekanalı məlumat yayıb.
Uan-Handred-Mayl-Haus şəhərinin, həmçinin Aşkroft və Keş-Krik yaşayış məntəqələrinin ayrı-ayrı rayonlarının bütün sakinləri təxliyyə olunub, əyalətdə yolların çoxu qismən bağlanıb. Britaniya Kolumbiyası ərazisində 220 yanğın ocağı qeydə alınıb.
Britaniya Kolumbiyasında meşə yanğınları tonqalın söndürülməməsi səbəbindən baş verib. Yanğının mənbəyi iyulun 1-də Harrison gölünün yaxınlığında qeydə alınıb.