Kanadada kranın aşması nəticəsində 4 nəfər ölüb

Kanadada kranın aşması nəticəsində 4 nəfər ölüb Kanadanın Kilouna şəhərində inşaat işləri aparılan ərazidə bədbəxt hadisə baş verib.
Digər ölkələr
14 İyul , 2021 04:40
Kanadada kranın aşması nəticəsində 4 nəfər ölüb

Kanadanın Kilouna şəhərində inşaat işləri aparılan ərazidə bədbəxt hadisə baş verib.

"Report" "TASS"a istinadən xəbər verir ki bu barədə “CBC” kanalı məlumat yayıb.

Bildirilir ki, tikinti aparılan ərazidə karanın aşması nəticəsində 4 nəfər dünyasını dəyişib.

Ölənlərdən birinin cəsədi hələ də tapılmır. Onun dağıntılar altında qaldığı ehtimal edilir.

Daha iki nəfər yüngül xəsarətlə xəstəxanaya aparılıb və onlar artıq evə buraxılıblar.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, ərazidə xilasetmə işləri aparılır.

Son xəbərlər

Orphus sistemi