Kanadada koronavirusa yoluxanların sayı kəskin artdı

Kanadada koronavirusa yoluxanların sayı kəskin artdı Kanadada koronavirusa yoluxanların sayı 7 708-dən 9 017 nəfərə yüksəlib.
Digər ölkələr
1 Aprel , 2020 20:41
Kanadada koronavirusa yoluxanların sayı kəskin artdı

Kanadada koronavirusa yoluxanların sayı 7 708-dən 9 017 nəfərə yüksəlib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ölkədə daha 16 nəfər koronavirusun qurbanı olub.

Beləliklə, Kanadada pandemiyadan ölənlərin rəsmi sayı 105-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 903 500-ü ötüb. Bunların 190 660 nəfəri sağalıb, 45 320 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi