Kanadada koronavirusa yoluxanların sayı 105 mini keçib

Kanadada koronavirusa yoluxanların sayı 105 mini keçib Ən çox yoluxma halı Kvebek (55 682) və Ontario (35 535) əyalətlərində qeydə alınıb
Digər ölkələr
298
4 İyul , 2020 17:51
Kanadada koronavirusa yoluxanların sayı 105 mini keçib

Kanadada koronavirusa yoluxanların sayı 105 091 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ən çox yoluxma halı Kvebek (55 682) və Ontario (35 535) əyalətlərində qeydə alınıb.

Ən son məlumatlara görə, 8 663 COVID-19 xəstəsi ölüb, 68,6 mindən çox insan xəstəlikdən sağalıb.

Epidemiya başlayandan bu yana ölkədə 2,88 milyondan çox COVID-19 testi keçirilib.