Kanadada koronavirusa yoluxanların sayı 100 mini ötüb

Kanadada koronavirusa yoluxanların sayı 100 mini ötüb Kanadada 409 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
20 İyun , 2020 08:42
Kanadada koronavirusa yoluxanların sayı 100 mini ötüb

Kanadada 409 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hazırkı dövrədək ölkədə ümumilikdə 100 629 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 346 nəfər vəfat edib.

Bildirilib ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 milyondan çox test aparılıb.

Koronavirus infeksiyasına yoluxan 63 min nəfər müalicə olunaraq sağalıb.

Son xəbərlər

Orphus sistemi