Bakı. 17 mart. REPORT.AZ/ Kanadada klinikalardan birində atışma baş verib.
"Report"un məlumatına görə, bu barədə "CTV" telekanalı xəbər yayıb.
Məlumata görə, hadisə Berlinqton (Ontario vilayətində) şəhərində qeydə alınıb. İnsident nəticəsində 2 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onların səhhəti barəsində məlumat verilmir. Polis zərərçəkənlərin şəxsiyyətini açıqlamayıb və hadisənin təfərrüatı barədə açıqlama verməyib.
Hüquq-mühafizə orqanlarından yalnız onu bildiriblər ki, ictimai təhlükəsizlik üçün hər hansı təhdid yoxdur.