Kanadada kilsədəki internatlarda hindu uşaqları istismara məruz qalır

Kanadada kilsədəki internatlarda hindu uşaqları istismara məruz qalır Kanadada yerli xalqlar katolik kilsəsinə aid internat məktəblərində uşaqların istismar edilməsi ilə bağlı Roma Papası Fransiskin onlardan üzr istəyəcəyini gözləyirlər.
Digər ölkələr
7 İyun , 2021 12:36
Kanadada kilsədəki internatlarda hindu uşaqları istismara məruz qalır

Kanadada yerli xalqlar katolik kilsəsinə aid internat məktəblərində uşaqların istismar edilməsi ilə bağlı Roma Papası Fransiskin onlardan üzr istəyəcəyini gözləyirlər.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı “CTV News” yayıb.

Bildirilib ki, iyunun 6-da bazar gününün duasında Roma Papası kilsədəki internat məktəblərində uşaqların istismar edilməsinə görə yerli xalqlardan üzr istəməyib. Yerli xalqlar həmin məktəblərə onların adət-ənənəsi, mədəniyyətinə hörmət edilmədiyini, uşaqlarının istismara məruz qaldığını deyirlər.

Kanadanın Saskaçevan şəhərindək Suveren Xalqlar Federasiyasının prezidenti Bobbi Kemeron katolik kilsəsindəki internat məktəblərində uşaq istismarı ilə bağlı bunları deyib: “Hamımız əziyyət çəkir, kədərlənirik. Bu, dünya səviyyəli bir məsələdir. Papanın “kilsəmizin yerli xalq və tələbələrinə münasibətinə görə çox üzr istəyirəm, üzr istəyirik, dua edirik” deməsi bu qədər çətindir?”

Kamlupsdakı qırmızdərili katolik kilsəsinin internat məktəbini bitirmiş 72 yaşlı Saa Hiil Sut həmin təhsil ocağında uzun illərdir ona edilən işgəncədən və orada başlarına gətirilənlərdən danışıb: “Günahkarlar cəzasız buraxılırlar. Vatikanın hələ də üzr istəməməsi həmin internatlarda minlərlə uşağın fiziki və cinsi istismara məruz qalması hadisəsinə biganəlikdir. Papa “Kamlupsda internat məktəbində adsız məzarda 215 uşağın olduğunu” deməyəcək”.

Qeyd edək ki, ötən həftə Kanadanın baş naziri Castin Trudo həmin internat məktəblərin kilsənin nəzarəti altında olduğunu xatırladaraq baş verənlərə görə məsuliyyəti Vatikanın daşıdığını və onların üzr istəməsinin vacibliyini bildirib. O, ölkə tarixinin ən böyük uşaq istismarı hadisəsinin 2010-cu ildə qurulan və 2015-ci ildə fəaliyyətini tamamlayan kilsədə baş verdiyini də deyib. Baş nazir Həqiqət və bağışlama komissiyasının hazırladığı 4 min səhifəlik hesabata əsasən həmin il Roma Papası Fransiskin üzr istəməsini tələb etmişdi. O, 2017-ci ildə Vatikana səfəri zamanı Papadan bunu istəsə də, tələbinə cavab almamışdı.

Məlumata görə, 1831-1996-cı illərdə fəaliyyət göstərən bu tip internat məktəblərində 150 minə yaxın hindu uşağı evlərindən və ailələrindən güclə ayrılıb. Bu uşaqlardan bir çoxu fiziki və cinsi istimara, təcavüzə və yetərsiz qidalanmaya məruz qalaraq bəziləri də üzərilərində keçirilən tibbi sınaqlar səbəbindən ölüblər.

Rəsmi məlumata görə, Kanada üzrə 139 katolik kilsəsinin internat məktəbləri fəaliyyət göstərir. Onların hamısı Kanada hökuməti adından katolik kilsəsi tərəfindən idarə olunur.

Son xəbərlər

Orphus sistemi