Kanadada iki təyyarə toqquşub, ölən var - YENİLƏNİB

Kanadada iki təyyarə toqquşub, ölən var - YENİLƏNİB Bakı. 4 noyabr. REPORT.AZ/ Kanada səmasında iki təyyarənin toqquşması nəticəsində 1 nəfər həlak olub.
Digər ölkələr
4 Noyabr , 2018 23:16
Kanadada iki təyyarə toqquşub, ölən var - YENİLƏNİB

Bakı. 4 noyabr. REPORT.AZ/ Kanada səmasında iki təyyarənin toqquşması nəticəsində 1 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə CBC həkimlərə istinadən məlumat yayıb.

Qeyd edilir ki, ölən şəxs toqquşmadan sonra qəzaya uğrayan təyyarədə olub. O, qəza zamanı aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. 


***21:22

Kanada səmasında iki təyyarə toqquşub.

"Report" xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Ontario vilayətində, Ottava üzərində, yerli vaxtla saat 10:11-də baş verib. Təyyarələrdən biri toqquşmadan sonra qəzaya uğrayıb, digəri isə Ottava beynəlxalq hava limanında yerə uğurlu eniş edə bilib. Qəza yerinə polis və həkimlər cəlb edilib.

Hadisənin başvermə səbəbi və xəsarət alanlarin olub-olmaması barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi