Yuxarı
    Bağlamaq

    ​Kanadada hindu məskənində yanğın zamanı 9 nəfər ölüb

    Yanğın zamanı 6 böyük və 3 uşaq həyatını itirib

    Bakı. 30 mart. REPORT.AZ/ Kanadada amerikalı hinduların yaşayış məskənlərindən birində baş verən yanğın zamanı ən azı 9 nəfər həyatını itirib.

    "Report" CBC telekanalına istinadən xəbər verir ki, yanğın çərşənbə günü axşam Ontario əyalətinin Pikanqikum yaşayış məntəqəsində başlayıb.

    Yerli hakimiyyət orqanının məlumatına görə, yanğın zamanı 6 böyük və 3 uşaq həyatını itirib.

    Yanğının səbəbləri araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi