Kanadada helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var

Kanadada helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var Qəza nəticəsində 2 nəfər hadisə yerindəcə dünyasını dəyişib
Digər ölkələr
5 Sentyabr , 2016 04:23
Kanadada helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var

Bakı. 5 sentyabr. REPORT.AZ/ Kanadada helikopter qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "CBC" telekanalı xəbər yayıb.

Məlumata görə, hadisə Kempbelton şəhəri yaxınlığında qeydə alınıb. Qəzaya uğrayan helikopter elektrik dirəklərinə və naqillərə ilişdikdən sonra çayın kənarında düşüb.

Nəticədə 2 nəfər hadisə yerindəcə dünyasını dəyişib. Daha 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Qəza səbəbindən Nyu-Bransiuk və Kvebekin 14 min sakini elektrik enerjisindən məhrum olub.

Son xəbərlər

Orphus sistemi