Bakı. 4 iyul. REPORT.AZ/ Kanadanın Monreal şəhərində havaların kəskin isti keçməsi nəticəsində 6 nəfər dünyasını dəyişib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Montreal Gazette" nəşri yazıb.
Nəşrin məlumatına görə, Monrealda havanın temperaturu bazar ertəsi axşam 35 Selsi dərəcəyə çatıb. Təcili tibbi yardım xidmətləri adi günlərlə müqayisədə nəzərə çarpacaq dərəcədə çox zəng qəbul ediblər.
"Montreal Gazette"nin məlumatına görə, Monrealda 2010-cu ildən bu yana güclü istilər səbəbindən 106 nəfər ölüb.
İsti hava şəraitinin cümə gününə qədər davam edəcəyi bildirilir.