Kanadada hava limanında iki sərnişin təyyarəsi toqquşub

Kanadada hava limanında iki sərnişin təyyarəsi toqquşub Hadisə zamanı xəsarət alan olmayıb
Digər ölkələr
5 Yanvar , 2017 06:45
Kanadada hava limanında iki sərnişin təyyarəsi toqquşub

Bakı. 5 yanvar. REPORT.AZ/ Kanadanın Ontario vilayətinin Toronto şəhərindəki beynəlxalq hava limanının terminalında iki sərnişin təyyarəsi toqquşub.

"Report"un məlumatına görə, bu barədə "CTV" telekanalı məlumat yayıb. 

Kanadanın Nəqliyyatda Təhlükəsizlik Şurasının məlumatına görə, "Pakistan International Airlines" şirkətinə məxsus təyyarənin qanadı terminalda dayanmış "Air France" şirkətinin təyyarəsinin qanadına toxunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Xəbərdə həmçinin qeyd edilir ki, Lahor şəhərindən gələn "Pakistan International Airlines" şirkətinə məxsus təyyarənin sərnişinlərinin uçuşu insident səbəbindən artıq iki dəfə təxirə salınıb. Ən son məlumata görə, sərnişinlər iki aviaşirkətin ayrı-ayrı fərqli reysləri ilə uçmalı olublar.

Son xəbərlər

Orphus sistemi