Kanadada güclü külək 100 mindən çox insanı işıqsız qoyub

Kanadada güclü külək 100 mindən çox insanı işıqsız qoyub Ontarioda küləyin sürəti saatda 90 km-ə çatır
Digər ölkələr
5 Aprel , 2018 02:58
Kanadada güclü külək 100 mindən çox insanı işıqsız qoyub

Bakı. 5 aprel. REPORT.AZ/ Kanadanın Ontario əyalətində güclü külək nəticəsində 100 mindən çox abunəçi işıqsız qalıb.

“Report” xəbər verir ki, bu barədə çərşənbə günü CBC telekanalı yayıb.

Elektrikötürücü xətlərin qırılmasına səbəb olan pis hava şəraiti nəticəsində, əsasən regionun cənub hissəsi, eləcə də, təqribən 20 min istehlakçının işıqsız qaldığı Toronto və Ottava şəhərlərinin sakinləri əziyyət çəkiblər.

Hazırda qəza briqadaları zərərçəkmiş rayonlarda enerjitəchizatı verilişini təmin etmək üzərində işləyirlər, lakin işlərin nə zaman bitəcəyi açıqlanmır.

Bəzi yerlərdə pis hava şəraiti sulu qar ilə müşayiət olunur və bununla əlaqədar yol-nəqliyyat hadisələrinin sayı çoxalıb. Barri şəhəri ərazisindən keçən sürət şosesində təxminən 50-yə yaxın maşın toqquşub. Zərərçəkənlər barədə məlumat yoxdur.

Milli meteobüronun məlumatına görə, Ontarioda küləyin sürəti saatda 90 km-ə çatır.

Son xəbərlər

Orphus sistemi