Kanadada göyərtəsində 209 sərnişinin olduğu gəmi buzluq ərazidə ilişib qalıb

Kanadada göyərtəsində 209 sərnişinin olduğu gəmi buzluq ərazidə ilişib qalıb Gəmidə sərnişinlərdən başqa 85 yük maşını və 65 avtomobil olub
Digər ölkələr
5 Aprel , 2017 07:47
Kanadada göyərtəsində 209 sərnişinin olduğu gəmi buzluq ərazidə ilişib qalıb

Bakı. 5 aprel. REPORT.AZ/ Kanadanın Keyp-Breton adası yaxınlığında göyərtəsində 209 sərnişinin olduğu gəmi bir neçə saat buzluq ərazidə ilişib qalıb.

"Report" CBC-yə istinadən xəbər verir ki, "Highlanders" bərəsi çərşənbə axşamı günorta Şimali Sidneydən yola çıxıb və bir müddətdən sonra buzluq ərazidə çıxılmaz vəziyyətə düşüb.

Gəmidə sərnişinlərdən başqa 85 yük maşını və 65 avtomobil olub.

Köməyə Kanadanın Sahil Mühafizə Xidmətinin buzqıran gəmisi gəlib.

Son xəbərlər

Orphus sistemi