Kanadada COVID-19 infeksiyası 45 341 nəfərdə aşkar edilib.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 2 465 nəfərdir.
Qeyd edək ki, bir neçə saat bundan öncə Kanadada 44 353 nəfərin koronavirusa yoluxduğu və 2 250 şəxsin vəfat etməsi ilə bağlı xəbər yayılmışdı.