Kanadada bir ailənin yeddi üzvü yanaraq ölüb

Kanadada bir ailənin yeddi üzvü yanaraq ölüb Kanadanın qərbindəki Alberta vilayətində yerləşən fərdi evdə baş verən yanğın nəticəsində dördü uşaq olmaqla yeddi nəfər ölüb.
Digər ölkələr
3 İyul , 2021 07:21
Kanadada bir ailənin yeddi üzvü yanaraq ölüb

Kanadanın qərbindəki Alberta vilayətində yerləşən fərdi evdə baş verən yanğın nəticəsində dördü uşaq olmaqla yeddi nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “CTV” məlumat yayıb.

Yanğın Kalqari şəhərindən 16 kilometr aralıda yerləşən Çestermer şəhərində qeydə alınıb.

Qeyd olunub ki, evdə iki müsəlman ailə yaşayırmış. Ölənlər bir ailənin üzvü olub. Hazırda yanğının səbəbləri müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi