Kanadada baş verən atışmada iki nəfər öldü

Kanadada baş verən atışmada iki nəfər öldü Kanadada silahlı insident baş verib.
Digər ölkələr
169
16 May , 2020 19:49
Kanadada baş verən atışmada iki nəfər öldü

Kanadada silahlı insident baş verib.

“Report” “CBC”yə istinadən xəbər verir ki, hadisə Okvill şəhərində qeydə alınıb.

Belə ki, gecə saatlarında internet rabitə xidmətləri göstərən şirkət binasının qarşısında yerləşən dayanacaqların birində silah səsləri eşidilib.

Hadisə yerinə gələn polislər odlu silahla qətlə yetirilən bir nəfərin meyitini aşkar ediblər.

Xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Ölən və yaralananların adları açıqlanmır. Hadisənin təfərrüatları barədə hələlik məlumat verilməyib. Polis faktla bağlı araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi