Kanadada atışma olub: ölən və xəsarət alanlar var

Kanadada atışma olub: ölən və xəsarət alanlar var Atışma zamanı 2 polis əməkdaşı yaralanıb
Digər ölkələr
7 Noyabr , 2017 04:56
Kanadada atışma olub: ölən və xəsarət alanlar var

Bakı. 7 noyabr. REPORT.AZ/ Kanadanın Britaniya Kolumbiyası vilayətində baş vermiş atışmada 1 nəfər ölüb, 2 polis əməkdaşı xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "CBC News" xəbər verib.

Telekanalın məlumatına görə, patrul maşını "Ford Mustan" avtomobilini təqib edib. Asayiş keşikçiləri küşələrdən birində avtomobilə yaxınlaşıblar və bu zaman atəş səsləri eşidilib.

Polisdən hüquq-mühafizə orqanlarının iki əməkdaşının xəsarət aldığını təsdiqləyiblər. Cinayətkar saxlanılıb, lakin atışma faktını təsdiqləməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi