Kanadada atışma nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb - YENİLƏNİB

Kanadada atışma nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb - YENİLƏNİB Bakı. 23 iyul. REPORT.AZ/ Kanadanın Toronto şəhərində atışma nəticəsində bir qadın ölüb, 14 nəfər isə yaralanıb.
Digər ölkələr
23 İyul , 2018 11:31
Kanadada atışma nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 23 iyul. REPORT.AZ/ Kanadanın Toronto şəhərində atışma nəticəsində bir qadın ölüb, 14 nəfər isə yaralanıb. 

“Report” xarici KİV-inə istinadən xəbər verir ki, bunu yerli polis bildirib. 

Yaralılar arasında azyaşlı qız uşağı da var. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. 

Hüquq-mühafizə orqanları insanlara atəş açan şəxsi məhv edib.

Hadisənin səbəbi araşdırılır.


*** 07:27

Kanadada naməlum şəxs insanlara atəş açıb.

Bu barədə "Report" "Global News"a istinadən xəbər verir.

Məlumata görə, hadisə Toronto şəhərində qeydə alınıb. Şəhər polisi atəş nəticəsində 10 nəfərin yaralandığını bildirib. Yaralılar arasında uşaq da var.

Hazırda hadisə yerində polis əməkdaşları və şəhərin bütün operativ xidmətləri işləyir. Hadisənin təfərrüatı açıqlanmır.

Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi