Kanadada 6,6 bal gücündə zəlzələ olub

Kanadada 6,6 bal gücündə zəlzələ olub Bakı. 22 oktyabr. REPORT.AZ/ Kanadanın qərb sahillərində 6,6 maqnitudada zəlzələ baş verib.
Digər ölkələr
22 Oktyabr , 2018 11:21
Kanadada 6,6 bal gücündə zəlzələ olub
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ Kanadanın qərb sahillərində 6,6 maqnitudada zəlzələ baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ABŞ-ın Geologiya Xidmətinin (USGS) məlumatında görə, zəlzələ bu gün Bakı vaxtı ilə saat 09:39-da qeydə alınıb.

Yeraltı təkanların episentri Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Vankuver adasının qərb sahillərində yerləşən Tofino rayonundan 260,4 km şərqdə yerləşib. Zəlzələ ocağı 11 km dərinlikdə yerləşib.

Mümkün dağıntılar və ya itkilər barədə məlumat daxil olmayıb, sunami təhlükəsi yoxdur.

Son xəbərlər

Orphus sistemi