Yuxarı

Kanada İrana qarşı sanksiyaları ləğv edə bilər

Məsələ artıq Kanada hökuməti tərəfindən müzakirə olunur

Bakı. 19 yanvar. REPORT.AZ/ Kanada İrana qarşı sanksiyaları "2016-cı ilin yay aylarından gec olmayaraq" götürə bilər.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, məsələ artıq Kanada hökuməti tərəfindən müzakirə olunur.

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramına dair yaydığı hesabatın ardınca Vyanada keçirilən birgə mətbuat konfransında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdığını elan edib.

ABŞ Prezidenti Barak Obamanın da İran üzərindən sanksiyaların götürülməsinə dair müvafiq sənədi imzalaması barədə xəbərlər yayılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi