Kanadanın xarici işlər naziri Melani Coli Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Livandakı kanadalılar kommersiya uçuşları hələ də mövcud olduğu müddətdə ölkəni tərk etməyi düşünməlidirlər", - nazir deyib.
M.Coli qeyd edib ki, Yaxın Şərq regionunda vəziyyət getdikcə təhlükəli hal alır.