Kanada Ukraynaya 45 milyon dollar yardım edəcək - ƏLAVƏ OLUNUB

Kanada Ukraynaya 45 milyon dollar yardım edəcək - ƏLAVƏ OLUNUB Kanada hökuməti ümumilikdə Ukraynaya 45 milyon dollar həcmində yardım edəcək.
Digər ölkələr
3 İyul , 2019 02:32
Kanada Ukraynaya 45 milyon dollar yardım edəcək - ƏLAVƏ OLUNUB

Kanada hökuməti ümumilikdə Ukraynaya 45 milyon dollar həcmində yardım edəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Kanadanın Xarici İşlər naziri Kristi Frilend bəyan edib. Onun sözlərinə görə, bu məbləğin 25 milyon dolları demokratik islahatların həyata keçirilməsi üçündür.


***01:55

Kanada hökuməti altı ildə Ukraynada demokratik islahatların həyata keçirilməsi üçün bu ölkəyə 25 milyon kanada dolları (19,1 milyon dollar) həcmində vəsait ayıracaq.

Report xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Tryudo Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. O, ümidvar olduğunu bildirib ki, ayrılacaq vəsait vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına yönələcək.

Onun sözlərinə görə, Ukraynada qərb ölkələrinin dəstəyi ilə aparılan islahatlar nəticəsində dövlət quruluşunun müxtəlif sahələrində müsbət dəyişikliklər mövcuddur.

Xüsusilə, baş nazir Zelenskinin tam demokratik şəraitdə keçirilən seçkilər nəticəsində prezident seçildiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi