Kanada Ukraynaya 350 milyon dollar kredit verib

Kanada Ukraynaya 350 milyon dollar kredit verib Kanada hakimiyyəti qışda istiliyə görə yanacaq almaq üçün Ukraynaya 450 milyon Kanada dolları (350 milyon dollar - Red) məbləğində kredit ayırıb.
Digər ölkələr
18 Avqust , 2022 02:46
Kanada Ukraynaya 350 milyon dollar kredit verib

Kanada hakimiyyəti qışda istiliyə görə yanacaq almaq üçün Ukraynaya 450 milyon Kanada dolları (350 milyon dollar - Red) məbləğində kredit ayırıb.

“Report” xəbər verir ki, bu barədə Kanada Maliyyə Nazirliyinin rəhbəri və baş nazirin müavini Kristi Frilandın bəyanatında bildirilib.

“Bu gün baş nazirin müavini və maliyyə naziri Xristiya Friland qışdan əvvəl isitmə üçün lazım olan yanacağın alınmasına görə Ukraynaya 450 milyon dollar kredit ayrıldığını elan edib”, - sənəddə deyilir.

Friland əlavə edib ki, Kanada ümumilikdə 2022-ci ildə Beynəlxalq Valyuta Fondunun hesabları da daxil olmaqla Ukraynaya 1,95 milyard Kanada dolları (1,5 milyard dollar) məbləğində kredit verib.

Son xəbərlər

Orphus sistemi