Kanada Ukraynanı əlavə NASAMS sistemləri ilə təchiz edib

Kanada Ukraynanı əlavə NASAMS sistemləri ilə təchiz edib Kanadanın Baş naziri Castin Trüdo ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Digər ölkələr
1 yanvar 2024 19:11
Kanada Ukraynanı əlavə NASAMS sistemləri ilə təchiz edib

Kanadanın Baş naziri Castin Trüdo ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

“Report” xəbər verir ki, Zelenski Kanadanın Baş nazirinə əlavə NASAMS hava hücumundan müdafiə sistemləri və onlar üçün mərmilərin tədarükünə görə təşəkkür edib.

“Mən Castinə Ukrayna səmasının mühafizəsinin gücləndirilməsinə kömək etmək istəyinə, xüsusən də onlar üçün əlavə NASAMS sistemləri və raketlərin tədarükünə görə minnətdaram ”-deyə, o bildirib.

Zelenski həmçinin qeyd edib ki, o, Trüdo ilə Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə danışıqları intensivləşdirmək barədə razılaşıb.

Son xəbərlər

Orphus sistemi