​Kanada Ukraynanı Donbassın peykdən şəkilləri ilə təmin edəcək

​Kanada Ukraynanı Donbassın peykdən şəkilləri ilə təmin edəcək Müvafiq yardım barədə Ukrayna prezidenti Pyotr Poroşenko xahiş edib
Digər ölkələr
15 Fevral , 2015 00:21
​Kanada Ukraynanı Donbassın peykdən şəkilləri ilə təmin edəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Kanadanın müdafiə naziri Ceyson Kenni ölkəsinin Ukrayna hərbçilərini Donbassdakı münaqişə zonasının peykdən şəkilləri ilə təmin etməyə başlayacağını bəyan edib.

"Report"un verdiyi xəbərə görə, radio verilişlərindən birində çıxış edən nazir qeyd edib ki, Ukrayna kəşfiyyatı üçün müvafiq yardım barədə ötən ilin sentyabrında Kanadaya səfəri zamanı Ukrayna prezidenti Pyotr Poroşenko xahiş edib.

Kenni, həmçinin məlumat verib ki, Kanada Ukraynaya həm də maliyyə yardımı hazırlayır. Lakin o, yardımın zamanı və detalları barədə məlumat verməyib.

Son xəbərlər

Orphus sistemi