Yuxarı

​Kanada Suriyadan 25 min qaçqın qəbul edəcək

Ottava qaçqın qəbulunu 2016-cı il 1 yanvaradək reallaşdıracaq

Bakı. 5 noyabr. REPORT.AZ/ Kanadanın yeni təyin olunmuş miqrasiya, vətəndaşlıq və qaçqınlar üzrə naziri Con MakKallum bildirib ki, liberallar hökumətinin məqsədi 25 min suriyalı qaçqının ölkəyə yerləşdirilməsi üzrə seçkiqabağı vədin yerinə yetirilməsidir.

“Report” xəbər verir ki, bu barədə Kanadanın “ctvnews” telekanalı məlumat yayıb.

MakKallum bildirib ki, Ottava qaçqınları 1 yanvar 2016-cı il tarixinədək qəbul edəcək.

Nazir hökumətin qaçqınların yerləşdirilməsi proqramına qoşulacaq müxtəlif idarələr, QHT və federal departamentlərlə danışıqlar aparmaq niyyətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi