Kanada sirli xəstəliyə görə Kubadakı diplomatlarının yarısını azaldır

Kanada sirli xəstəliyə görə Kubadakı diplomatlarının yarısını azaldır Bakı. 31 yanvar. REPORT.AZ/ Kanada hökuməti Kubadakı səfirliyində fəaliyyət göstərən diplomatlarının yarısını geri çağırır.
Digər ölkələr
31 Yanvar , 2019 10:14
Kanada sirli xəstəliyə görə Kubadakı diplomatlarının yarısını azaldır
0 : 00
0 : 00

Bakı. 31 yanvar. REPORT.AZ/ Kanada hökuməti Kubadakı səfirliyində fəaliyyət göstərən diplomatlarının yarısını geri çağırır.

Bu barədə "Report" "Associated Press" agentliyinə istinadən xəbər verir.

Kanada Xarici İşlər Nazirliyindən bildirilib ki, belə addım diplomatların "sirli" sağlamlıq problemləri ilə əlaqədar şikayət etmələri ilə əlaqədardır.

2017-ci ilin əvvəlindən artıq 14 diplomatda heç bir xəstəliyi göstərməyən müxtəlif simptomlar aşkar edilib.

Qeyd olunur ki, Kanadanın Havanadakı səfirliyində çalışan 16 diplomatdan 8-i geri çağırılacaq.

Son xəbərlər

Orphus sistemi