Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib Kanada hakimiyyəti Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirərək, siyahıya Dmitri Peskov (Rusiya Prezidenti Vladimir Putinin sözçüsü - red), İqor Şuvalov (“VEB.RF” dövlət korporasiyasının sədri - red) və Sergey Çemezovun (“Rostex”in r
Digər ölkələr
1 Oktyabr , 2022 00:46
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Kanada hakimiyyəti Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirərək, siyahıya Dmitri Peskov (Rusiya Prezidenti Vladimir Putinin sözçüsü - red), İqor Şuvalov (“VEB.RF” dövlət korporasiyasının sədri - red) və Sergey Çemezovun (“Rostex”in rəhbəri -red) ailə üzvləri də daxil olmaqla 43 nəfərin adını əlavə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında Ottavanın Moskvaya qarşı sanksiyaları bölməsində məlumat verilib.

Yenilənmiş siyahılara daxil olanlar arasında Tatyana Navka, Yelizaveta və Nikolay Peskov (1998 və 1990-cı il təvəllüdlü), Aleksandr və Sergey Çemezovlar (1985 və 2022-ci il təvəllüdlü), Olqa, Yevgeni və Marina Şuvalova (1966, 1993 və 1999-cu il təvəllüdlü) var.

Bundan əlavə, siyahıya iş adamı Yuri Kovalçukun ailə üzvləri və digər şəxslər düşüb.

Son xəbərlər

Orphus sistemi