Kanada Rusiya və Belarusun bəzi vətəndaşlarına sanksiyalar tətbiq edəcək

Kanada Rusiya və Belarusun bəzi vətəndaşlarına sanksiyalar tətbiq edəcək Kanada Rusiya və Belarus vətəndaşlarına qarşı sanksiyalar tətbiq edəcək.
Digər ölkələr
4 aprel 2022 19:41
Kanada Rusiya və Belarusun bəzi vətəndaşlarına sanksiyalar tətbiq edəcək

Kanada Rusiya və Belarusun bəzi vətəndaşlarına qarşı sanksiyalar tətbiq edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Belə ki, Kanada hakimiyyəti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın və Belarusun 18 vətəndaşını sanksiya siyahısına əlavə edəcək.

"Qadağalar Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin pozulmasına şərait yaratdıqlarına və yol verdiyinə görə məhdudiyyətlər tətbiq ediləcək. Bu şəxslərin Rusiya və Belarus rejimləri ilə sıx əlaqələri var", - sənəddə deyilir.

Sanksiyaların nə vaxt tətbiq ediləcəyi dəqiq göstərilmir.

Son xəbərlər

Orphus sistemi