Kanada naziri "talibançılar”ı "qardaşlar" adlandırıb

Kanada naziri "talibançılar”ı "qardaşlar" adlandırıb Kanadanın qadınlar və gender bərabərliyi üzrə naziri Maryam Monsef onlayn mətbuat konfransı zamanı “taliblər”i "bizim qardaşlarımız" adlandırıb.
Digər ölkələr
176
26 Avqust , 2021 02:51
Kanada naziri talibançılar”ı qardaşlar adlandırıb
Maryam Monsef

Kanadanın qadınlar və gender bərabərliyi üzrə naziri Maryam Monsef onlayn mətbuat konfransı zamanı “taliblər”i "bizim qardaşlarımız" adlandırıb.

“Report” xəbər verir ki, bu barədə “Fox News” bildirib.

"Bu fürsətdən istifadə edərək, qardaşlarımıza, “taliblər”ə demək istəyirəm. Sizi Əfqanıstanda olan hər kəsin ölkədən təhlükəsiz və etibarlı şəkildə çıxmasını təmin etməyə çağırırıq", - Moncef deyib.

O “taliblər”i dərhal zorakılığı, soyqırımı və qadınların qətlini, həmçinin Əfqanıstanın tarixi binalar da daxil olmaqla, infrastrukturunun dağıdılmasını dayandırmağa çağırıb. Monsef “taliblər”ə sülhün saxlanılması üzrə danışıqlar masasına qayıtmağı təklif edib.

Qeyd edək ki, Kanadanın baş naziri Castin Tryudo ölkə hökumətinin Əfqanıstanda qanuni hakimiyyət kimi "Taliban"ı tanımaq niyyətində olmadığını deyib.

Son xəbərlər

Orphus sistemi