Kanada milli parkında yanğın baş verib

Kanada milli parkında yanğın baş verib Əraziyə 125 xilasedici cəlb olunub
Digər ölkələr
18 May , 2018 07:06
Kanada milli parkında yanğın baş verib

Bakı. 18 may. REPORT.AZ/ Kanadanın Saskaçevan əyalətində yerləşən Şahzadə Albert milli parkında yanğın baş verib. Havanın isti və güclü küləkli olması alovun yayılmasına şərait yaradır.

"Report" "Global News"a istinadən xəbər verir ki, hazırda yanğın təqribən 17 min hektar ərazini əhatə edib, alov yayılmaqdadır.

Yanğının söndürülməsinə Saskaçevan və Albert əyalətlərindən 125 xilasedici cəlb olunub, həmçinin Ontariodan da əlavə qüvvə göndəriləcəyi gözlənilir. Ən yaxınlıqdakı yaşayış məntəqəsi yanğın yerindən 40 km məsafədə, Vaskesiu gölü ətrafında yerləşir.

Qeyd olunur ki, mayın 4-də park əməkdaşları ərazidəki otlağı bizonlar üçün təmizləmək məqsədi ilə quru ağacları "nəzarət altında" yandırıblar. Lakin iki gündən sonra külək yanğını nəzarət altından çıxarıb.

Son xəbərlər

Orphus sistemi