Kanada Mərkəzi Bankı əsas faiz dərəcəsini artırıb

Kanada Mərkəzi Bankı əsas faiz dərəcəsini artırıb Kanada Mərkəzi Bankı yüksək inflyasiya fonunda bir il ərzində yeddinci dəfə əsas faiz dərəcəsini illik 3,75%-dən 4,25%-ə qədər artırıb.
Digər ölkələr
7 Dekabr , 2022 23:11
Kanada Mərkəzi Bankı əsas faiz dərəcəsini artırıb

Kanada Mərkəzi Bankı yüksək inflyasiya fonunda bir il ərzində yeddinci dəfə əsas faiz dərəcəsini illik 3,75%-dən 4,25%-ə qədər artırıb.

“Report” xəbər verir ki, bu barədə tənzimləyicinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, Kanadada və digər ölkələrdə inflyasiya yüksək səviyyədə qalır və iqtisadi artım çox ləng gedir.

Bu ölkədə inflyasiya hazırda son 40 ilin ən yüksək həddi olan 6,9% səviyyəsindədir. Eyni zamanda, enerji resurslarının bahalaşması Kanadada ərzaq və digər məhsulların qiymətlərinin artmasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi