Bakı. 10 iyun. REPORT.AZ/ Kanada ABŞ-ın alüminium və polada tətbiq etdiyi rüsumlarına qarşı münasibətdə Yaponiya, Meksika, Avropa tərəfdaşları ilə vahid mövqeyə malikdir və cavab tədbirlərinin hazırlanması ilə əlaqədar onlarla sıx əlaqədədir.
"Report" xəbər verir ki, bunu CBC telekanalına Kanadanın XİN rəhbəri Xristya Friland deyib.
Nazir əlavə edib ki, bu ölkələrin mövqeyi birdir.
"Yaponiya və avropalı tərəfdaşlarımızın mövqeyi bizim mövqeyimizlə üst-üstə düşür. Biz cavab tədbirləri ilə bağlı Aİ və Meksika ilə sıx əlaqə saxlayırıq. Yaponiya və AB bunu müzakirə etmək üçün bizimlə görüşüb. Biz Ümumdünya Ticarət Təşkilatına şikayət ünvanlamışıq", - deyə Frilan bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ, Kanadada keçirilən G7 sammitinin yekunları üzrə qəbul edilmiş yekun kommünikeni dəstəkləmir.