Kanada Latviyada hava hücumundan müdafiə sistemləri və helikopterlər yerləşdirəcək

Kanada Latviyada hava hücumundan müdafiə sistemləri və helikopterlər yerləşdirəcək Kanada 2024-cü ildə Latviyada helikopterlər, qısa mənzilli hava hücumundan müdafiə sistemləri və PUA əleyhinə sistemlər yerləşdirəcək, Kanadanın milli müdafiə naziri Bill Bler latviyalı həmkarı Andris Spruds ilə görüşdən sonra bildirib.
Digər ölkələr
15 Dekabr , 2023 16:21
Kanada Latviyada hava hücumundan müdafiə sistemləri və helikopterlər yerləşdirəcək

Kanadanın milli müdafiə naziri Bill Bler latviyalı həmkarı Andris Spruds ilə görüşdən sonra bildirib ki, ölkəsi 2024-cü ildə Latviyada helikopterlər, qısa mənzilli hava hücumundan müdafiə sistemləri və PUA əleyhinə sistemlər yerləşdirəcək.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə LETA agentliyi məlumat yayıb.

B.Bler bildirib ki, Kanada təcili surətdə NATO-nun Latviyadakı hərbi heyəti üçün 32 milyon ABŞ dolları dəyərində mobil tank əleyhinə raket sistemlərinin alınmasını təşkil edir.

Hazırda Latviyada 1000-ə yaxın kanadalı hərbçi var və 2026-cı ilə qədər onların sayının 2200-ə çatdırılması planlaşdırılır. NATO-nun Latviyadakı briqadasının 2026-cı ilə qədər tam döyüş hazırlığına çatacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi