Bakı. 9 aprel. REPORT.AZ/ Kanada Hərbi Hava Qüvvələri ilk dəfə olaraq Suriyada "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması üzvlərinin mövqelərinə havadan zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə Kanada
"F-18 qırıcı-bombardımançı təyyarələri Kanada hökumətinin İŞİD ilə mübarizə üzrə beynəlxalq əməliyyatlarda iştirakını genişləndirmək haqqında qərar qəbul etdikdən sonra Suriyada ilk aviazərbələrini endirib", - deyə İdarənin məlumatında bildirilir.
Müdafiə Nazirliyindən əlavə ediblər ki, havadan endirilən zərbələrin hədəfi İŞİD yaraqlılarının Ər-Rəqqa şəhəri yaxınlığındakı qarnizonu olub.
Aviahücumda 10 təyyarə iştirak edib ki, onlardan da ikisi Kanadaya, altısı isə Amerikaya məxsus olub.