Kanada İŞİD ilə mübarizəyə təxminən 100 mln ABŞ dolları xərcləyəcək

Kanada İŞİD ilə mübarizəyə təxminən 100 mln ABŞ dolları xərcləyəcək Missiyanın təxmini dəyəri 122 mln. Kanada dolları həcmində qiymətləndirilir
Digər ölkələr
17 Fevral , 2015 12:01
Kanada İŞİD ilə mübarizəyə təxminən 100 mln ABŞ dolları xərcləyəcək

Bakı. 17 fevral. REPORT.AZ/ İraqda "İslam Dövləti" yaraqlılarına qarşı beynəlxalq əməliyyatlardakı iştirakı Kanada dövlət büdcəsinə 122 mln. Kanada dollarına  ($98 mln.) başa gələcək. "Report" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ceyson Kenni bildirib. 

"Bu həftə mən bu əməliyyatın xərcləri haqqında məruzəni ölkə parlamentinə təqdim edəcəyəm. Missiyanın təxmini dəyəri 122 mln. Kanada dolları həcmində qiymətləndirilir", - qurum rəhbərinin bəyanatında deyilir. Kenni onu da əlavə edib ki, hökumət kanadalı hərbçilərin bu əməliyyatlarda iştirakının uzadılmasına səs verərsə, onda xərclər yenə də artacaq. 

Son xəbərlər

Orphus sistemi