Kanada İranın nüvə proqramının yoxlanılmasına 1,2 mln. dollar ayıracaq

Kanada İranın nüvə proqramının yoxlanılmasına 1,2 mln. dollar ayıracaq Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın nüvə sövdələşməsinə tam riayət etdiyini bildirib
Digər ölkələr
14 Oktyabr , 2017 06:40
Kanada İranın nüvə proqramının yoxlanılmasına 1,2 mln. dollar ayıracaq

Bakı. 14 oktyabr. REPORT.AZ/ Kanada hökuməti İranın nüvə proqramının yoxlanılmasına 1,2 milyon dollar vəsait ayıracaq.

“Report” xəbər verir ki, bunu yerli xarici işlər naziri Kristia Friland deyib.

"2015-ci ildə imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) sülh və təhlükəsizliyə yarana biləcək təhlükənin qarşısının alınmasında mühüm alət oldu", - deyə Kanada XİN-in rəsmi saytında dərc olunan bəyanatda bildirilir.

Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın nüvə sövdələşməsinə tam riayət etdiyini xəbər verib.

Oktyabrın 13-də Amerika lideri Donald Tramp bildirib ki, ABŞ İrana qarşı olan strategiyasını yenidən nəzərdən keçirib və istənilən vaxt bu ölkə ilə nüvə sövdələşməsini poza bilər.

Son xəbərlər

Orphus sistemi