Kanada daha 10 rusiyalıya sanksiya tətbiq edib

Kanada daha 10 rusiyalıya sanksiya tətbiq edib Kanada hakimiyyəti Rusiyadan daha 10 nəfərə qarşı sanksiya tətbiq edib.
Digər ölkələr
7 Mart , 2022 20:13
Kanada daha 10 rusiyalıya sanksiya tətbiq edib

Kanada hakimiyyəti Rusiyadan daha 10 nəfərə qarşı sanksiya tətbiq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo mətbuat konfransında bildirib.

"Kanada bu əsassız hərbi müdaxiləyə görə 10 nəfərə qarşı yeni sanksiyalar elan edir. Siyahıya keçmiş və indiki yüksək rütbəli dövlət məmurları, oliqarxlar və Rusiya rəhbərliyinin tərəfdarları daxildir", - Trüdo deyib.

Hökumət rəhbəri həmin şəxslərin adlarını açıqlamayıb.

Eyni zamanda Rusiya mediası qeyd edib ki, siyahıda digər şəxslərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, rusiyalı təbliğatçılar Vladimir Solovyov, Marqarita Simonyan və Konstantin Ernst, oliqarx Oleq Deripask da var.

Son xəbərlər

Orphus sistemi