Kanada aviasiyası İraq üzərində ilk hərbi uçuşunu keçirib

Kanada aviasiyası İraq üzərində ilk hərbi uçuşunu keçirib İŞİD ilə mübarizəyə Kanada hökuməti 6 ədəd qırıcı təyyarə, 2 kəşfiyyatçı təyyarə və bir tanker təyyarə göndərib
Digər ölkələr
1 Noyabr , 2014 15:39
Kanada aviasiyası İraq üzərində ilk hərbi uçuşunu keçirib

Bakı. 1 noyabr. REPORT.AZ/ Kanada aviasiyası "İslam Dövləti" qruplaşmasının yaraqlılarına qarşı beynəlxalq əməliyyat çərçivəsində ilk hərbi uçuşlarını yerinə yetirib. Bu barədə"Report" "İTAR-TASS"a istinadən xəbər verir. 

İŞİD ilə mübarizəyə Kanada hökuməti 6 ədəd qırıcı təyyarə, 2 kəşfiyyatçı təyyarə və bir tanker təyyarə göndərib. Hazırda Yaxın Şərqdə "hərbi missiyanı dəstəkləmək" üçün 600 hərbçi var.

Baş nazir  Stiven Xarper bir müddət əvvəl bildirib ki, Kanada aviasiyası yalnız İraq ərazisində İŞİD yaraqlılarının mövqelərini bombalayacaq. O vurğulayıb ki, ölkə hərbçiləri yerüstü əməliyyatlarda iştirak etməyəcək. 

Son xəbərlər

Orphus sistemi